6 C
Baku
Saturday, December 14, 2024

Müəssisə, “Auto Azerbaijan”nın ona ‘zərər vurduğunu’ iddia edir – illərin çəkişməsi

BANKER.AZ/ “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” MMC şirkəti ilə bağlı məhkəməyə müraciət edilib.

Banker.az-ın xəbərinə görə, bununla bağlı “Ərgünəş” Kiçik Müəssisəsi Bakı ş. Nizami Rayon Məhkəməsinə müraciət edib.

Şirkətin iddiasının predmetində “çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi” olmuşdur.

Lakin, 9 dekabr 2019-cu il tarixdə bu kiçik müəssəyə məhkəmədən “rədd cavabı” gəlib.  Müəssisə isə bu qərarla bağlı razı görünmür və buna görə Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Məsələyə bu ayın 11-də baxılacaq.

Yaxın keçmişdə bildiyimiz kimi bu şirkətlər arasında uzun sürən proseslərdə əksərini “Auto Azərbaycan” MMC qalib görünür. Kiçik müəsssə olan “Ərgünəş” isə uzun müddətdir məhkəmlərdə aldğı “rədd” cavablarına baxmayaraq “Auto Azərbaycan”a qarşı iddiasını davam etirməkdədir.

Keçmişdə verilən iddialarda bir sıra KİV-də tirajlanmaqla təsisçisi və direktoru Qəzənfər Fətullayevin “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.

babek
Avtomobil salonları ilə əhatə olunmuş Babək prospekti

Həmin məlumatda qeyd edilir ki, 2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.

Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurmuş.

Bildirək ki, “Auto Azerbaijan” 1996-cı ildə təsis edilib və Türkiyədə dövlət qeydiyyatına alınan “NAB Holding A.Ş”nə məxsudur. Auto Azerbaijan-nın hazırda nizamnamə kapitalı 41,7 mln. dollar dəyərindədir.

Son xəbərlər
Digər xəbərlər