18 C
Baku
Monday, May 13, 2024

Müasir bank sahəsində hansı dəyişiklər baş verib – Araşdırma

Britaniyanın nəhəng bankirlər assosiasiyası British Bankers’ Association müasir bank sahəsindəki dəyişikliklərə həsr edilmiş World of Change adlı araşdırmasını təqdim etmişdir.

Araşdırmanın ilk hissəsi Britaniya bankçılığının cari vəziyyətinə həsr edilib. Təqdim edilən məlumatlara əsasən, bankçılıq daha çox online rejimə keçir. Keçən ilin nəticələrinə əsasən 22,9 milyon bank tətbiqetməsi yüklənmişdir ki, hər gün bu proqramlara 10,5 milyon giriş qeydə alınır. 2008-ci ildən başlayaraq call-centre-lərə edilən zənglər 43% azalıb. Britaniya bankları 1 gün ərzində öz müştərilərinə 1,3 milyon SMS göndərir. Bunan əlavə, Britaniyada təmassız kartlarla edilən ödənişlər ayda 40 milyona qədər yüksəlmişdir ki, bu göstərici keçən ilə nisbətən 3 dəfə çoxdur.

Bank ofislərinə edilən müraciətlər keçən illə müqayisədə 6%-dən 11%-ə çatmışdır. Buna bir səbəb də keçən il 3200 nəfərin videokonfrans vasitəsilə ipoteka krediti əldə etməsidir.

Araşdırmada müasir bankçılığı dəyişikliyə məruz qoyan bir sıra yeni texnologiyalar da qeyd edilmişdir.  Bunlar arasında Commnowealth Bank Australia-nın təqdim etdiyi Albert planşeti də var. Bu planşet sayəsində təmassız və çipsiz kartlardan ödəniş qəbul etmək mümkündür.

Texnoloji yeniliklərə daha bir nümunə olaraq Türkiyənin Garanti Bank bankının təqdim etdiyi və iGaranti adlı ödəniş sistemi və maliyyə məsləhətçisini göstərmək olar. Bu yenilik sayəsində Facebook sosial şəbəkəsindəki dostlar və telefon kitabçasındakı kontaktlar üzrə ödəniş həyata keçirmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər