14 C
Baku
Wednesday, April 17, 2024

Müdafiə naziri Türkiyədə səfərdədir – Yenilənib

13:55

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfərə gedib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.

“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

***

11:06

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir.

Nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər