31 C
Baku
Monday, May 29, 2023

Müdafiə nazirinin yeni müavini bu sahəyə cavabdeh olacaq

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə təyin edilmiş Aqil Qurbanov nazirlikdə Hərbi-texniki təchizat üzrə məsələlərə cavabdeh olacaq.

O, müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub

Yeni nazir müavininin 36 yaşı var.

A.Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9.12.2022-ci il tarixli sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Son xəbərlər
Digər xəbərlər
X