“Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Bildiririk ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır.
Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir”, – nazirliyin məlumatında qeyd olunub..