8 C
Baku
Friday, December 13, 2024

Müflis elan olunmuş bank mülkiyyətində olan torpaq sahələrinə görə torpaq vergisi ödəməlidirmi?

“X bank” ASC tərəfindən məhkəməyə təqdim edilmiş iflas haqqında iddia ərizəsinə əsasən, 15.01.2023-cü il tarixdə məhkəmə tərəfindən müflis elan olunma barədə qərar qəbul edilərək qüvvəyə minib. Bankın mülkiyyətində olan torpaq sahələrinə 2023-cü il üzrə torpaq vergisi öhdəliyi varmı?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda, kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.

Qeyd olunanlara əsasən, ASC 2023-cü il üzrə torpaq vergisini ödəməkdən azaddır.

Əsas: Vergi Məcəlləsinin 207.9-cu maddəsi.

Son xəbərlər
Digər xəbərlər