Son illər dünyada baş verən maliyyə böhranı müflisləşmə və iflas prosesinin aktuallığını da artırmışdır. Azərbaycanda dünya iqtisadi böhranının fəsadları özünü göstərməsə də, iqtisadi proseslərin normal tənzimlənməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi baxımından müflisləşmə və iflas prosesinin qanunamüvafiq aparılması mühüm əhəmiyyət kəsb edir.
Bəs bir şirkət nə vaxt özünü müflis elan edə bilər?
Əgər şirkət ödəmə qabiliyyətini itirərsə, bu həmin şirkətin müflisləşməsini göstərir. Müflisləşmə zamanı isə şirlərin iflas etməsi qaçılmaz haldır. Bu zaman əgər şirkətin ödəmə qabiliyyətinin olmaması məhkəmə tərəfindən təsdiq olunarsa, bu zaman şirkətin iflas olunduğunu göstərir. Və növbəti mərhələdə artıq şirkətin İflas prosesi başlanır.
Belə ki, şirkət və yaxud müflis olan şəxs ödəmə qabiliyyətini itirdiyi haqda iflas prosesinə məruz qalır. Şirkətin ödəmə qabiliyyətinin olmamasına isə məhkəmə qərar verir. Hər hansı bir borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır:
- Borclu olan şəxsin müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi;
- Bu qanunun tələblərinə uyğun olaraq ilkin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi
Müflis elan olunduqdan sonra isə aşağıdakı hallar baş verir:
- Bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması
- üçün digər hərəkətlərə son qoyulur;
- Borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər;
- Qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır;
- Əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir;
- Borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.
İflasdan sonrakı mərhələdə isə əmlak və borc qiymətləndirilir. Borclunun bütün aktivləri müəssisənin balanslarında göstərilib-göstərilmədiyi öyrənilir. Cəlb olunmuş ekspertlərin köməyi ilə isə borclunun əmlakı və digər mülkü qiymətləndirilir və hərracda satılmaq üçün əmlakın ilkin qiyməti kimi qəbul olunur. Lakin mülkiyyətində olmayan, lakin bu və ya digər formada onun istifadəsində olan əmlak daxil edilmir.
Sonda isə ümid edirik ki, bu hadisələrin baş veməməsi üçün daha diqqətli və daha düzgün təkliflərdən faydalanasınız.