6 C
Baku
Monday, December 16, 2024

“Muğanbank” ASC Qarabağ Dirçəliş Fonduna 100 000 AZN köçürdü

2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Qələbə qazanaraq Ermənistan tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərini azad etdi.  Azad edilmiş ərazilərin işğal dövründə düşmən tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş, sakinləri məcburi köçkünə çevrilmişlər. 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılmışdır.

“Muğanbank” ASC,  hər zaman fəaliyyətində korporativ sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 100 000 AZN məbləğində vəsait köçürmüşdür. 

Qarabağ Azərbaycandır!

Son xəbərlər
Digər xəbərlər