“MuğanBank” ASC 2021-ci ilin I rübündə real sektorun kreditləşməsində aktiv iştirakı onu rüb ərzində böyütməyə səbəb olub.
Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, bankın aktivlərinin həcmi 1 aprel tarixinə 599.37 milyon manata qədər artıb. Bu rüblük 1.4% pozitiv dinamikadır. Bankın aktivlərinin 21.5 milyon manatı nağd vəsaitlər, 93.84 milyon manatı əmlak və avadanlıqları, 77.52 milyon manatı digər banklardakı depozitlər və 345.48 milyon manatı isə müştərilərə verilmiş kreditlər təşkil etmişdir.
Müştərilərə veürdiyi kreditlərin həcmi son rüb ərzində 9.53 milyon manat, yaxud 2.8% artıb. Buna səbəb, “MuğanBank”ın biznes kreditlərinin həcmini 10.78 milyon manat, yəni 5.3% artımla 214 milyon manata qədər yüksəlməsidir. Portfelin digər 20.69 milyon manatı istehlak və 110.79 milyon manatı daşınmaz əmlak kreditləri olmuşdur.
Bankın öhdəliklərinin həcmi 505.94 milyon manat, bunun da 250.39 milyon manatı depozitlər olmuşdur. Depozitlərin həcmi son 3 ayda 10% azalmasına səbəb şirkətlərin depozitlərindəki azalmadır.
Qeyd edək ki, “Muğan Bank” 2021-ci ilin ilk rübündə 1.59 milyon manat xalis mənfəət əldə edib.