9 C
Baku
Thursday, December 12, 2024

“Muğanbank” xalis mənfəət açıqladı

“Muğanbank” ASC bu ilin III rübünü 703 min manat mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründə 602 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 17% çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-sentyabr aylarında “Muğanbank”ın gəlirləri 62 milyon 767 min manat (illik müqayisədə 48% çox), xərcləri 48 milyon 500 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “Muğanbank”ın aktivləri 743 milyon 516 min manat olub ki, ötən ilin sonuna nisbətən 5% çoxdur. Bunun 435 milyon 582 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 9% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “Muğanbank”ın öhdəlikləri 5.4% artaraq 649 milyon 497 min manata, balans kapitalı isə 2.2% artaraq 94 milyon 19 min manata, o cümlədən depozit portfeli isə 3.4% artaraq 410 milyon 225 min manata çatıb.

m1 1 m2 m3

Son xəbərlər
Digər xəbərlər