6 C
Baku
Monday, December 16, 2024

Muğanbankdan yeni biznes krediti

®Muğanbank kiçik və orta biznesə dəstək məqsədilə müştərilərə yeni biznes kredit növlərini təklif edir. Belə ki, sahibkarlara maliyyə resurslarına daha səmərəli və sürətli çıxışını təmin edərək Muğanbank “İnvoysların Maliyyələşdirilməsi” və “Sifarişlərin Maliyyələşdirilməsi” biznes kredit növlərini təqdim edir.

“İnvoysların Maliyyələşdirilməsi” kredit növü ilə kiçik və orta biznes sahibkarlıq fəaliyyəti ilə məşğul olan, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər, elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişini həyata keçirə bilərlər. Faizin daha əlverişli olması, minimal sənəd tələbi, eləcə də girov tələbinin olmaması kreditin əsas üstünlükləridir. Sahibkarlar müvafiq sənədləri təqdim etməklə Muğanbankdan invoysda göstərilmiş məbləğin 90%-dək məbləğini əldə edə bilərlər.

“İnvoysların Maliyyələşdirilməsi” kreditinin digər xüsusiyyətləri:

-Maliyyələşdirilmə limiti: 50 000 AZN – 1 000 000 AZN

-Müddət: 6 ayadək

-Güzəşt müddəti: 2 ay

-İllik faiz dərəcəsi: 11 %-dən başlayaraq

Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz – LİNK

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Son xəbərlər
Digər xəbərlər