“MuğanBank” ASC-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icraedicisi təyin edilir.
Banker.az xəbər verir ki, bu, hazırda sədr müavini olan Elnur Abbasov Mir Rəhim oğludur.
O, bu vəzifədə Elmir Həsənov Əlimərdan oğlunu əvəzləyib.
Elnur Abbasov 2021-ci ilin yanvarında İdarə Heyətinin sədr müavini təyin edilib. 2019-cu ilin dekabrından isə baş direktor kimi banka təyin edilmişdi.
“MuğanBank” ASC 1992-ci ildə təsis edilib. 107.5 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalının 66.17%-i Elmir Mehdiyev, 12.14%-i Maqbet Mehdiyev, 11.17%-i Vəfa Vəliyeva və 10.52%-i isə Fəridə Mehdiyeva məxsusdur.