13 C
Baku
Saturday, May 18, 2024

“Muğanbank”ın kapital artımına getmə arzusu gerçəkləşdi

Səhmdarları “Muğanbank” ASC-nin bazarda mövqeyini möhkəmləndirmək üçün daha bir cəht atıblar. Bankın 13 noyabr 2018-ci il tarixində emissiyasına icazə verilib, ümumi məbləği 10 mln. manat təşkil edib.

Banker.az məlumat verir ki, bu barədə məlumatı Bankın İctimayyətlə əlaqələr departamenti yayıb.

Bu adi sənədsiz adlı səhmlərin də hər birinin nominal dəyəri 200 AZN olmaqla 50 000 ədəd yerləşdirilib və emissiyasının yekunlarına dair hesabat 14 dekabr 2018-ci il tarixində təsdiq edilib. Bank hələ ki, yeni səhmdarların kim olması barədə məlumatı açıqlanmayıb. Lakin, güman edilir ki, yeni səhmləri alan investor məhz öncəki fiziki şəxslərdir.

Qeyd edək ki, bankın bu günə qədər səhmlərinə 63,50% – Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% – Vəfa Vəliyeva və 11,35% – Fəridə Mehdiyeva adlı fiziki şəxlər sahibdir.

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin Nizamnamə Kapitalı artaraq 95 mln AZN-ə çatıb.

Oxşar yazı –

Bank devalvasiyadan (2015-in yanvarından bu tərəfə) bu ilin 3-cü rübünə kimi səhm kapitalına ümumilikdə 40 mln. manatlıq artırmışdı.

Belə ki, 2015-ci ildə 5 mln. manat, 2016-ci ildə isə 15 mln. manat və 2017-ci ildə isə 10 mln. manat bankın nizamnamə kapitalının artırılmasına qoyulmaqla 85 mln manata çatdırılmışdı. Lakin, buna baxmayaraq bankın balansında illərdir yığılmış 16,86 mln. zərər səbəbindən 2018-ci ilin rübündə 71,71 mln. manat məcmu kapital təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər