10 C
Baku
Thursday, December 12, 2024

“Muğanbank”ın rəhbərliyinə yeni təyinatlar

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə yeni təyinatlar baş tutub.

Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.

“Muğanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə Munir Əhməd oğlu Vəliyevin, Müşahidə Şurasının üzvləri vəzifəsinə Elmir Maqbet oğlu Mehdiyevin, Amil Samir oğlu Vəliyevin, Ramiz Nazim oğlu Dadaşovun və Teymur Bəxtiyar oğlu Məmmədov təyin edilib.

Onu da qeyd edək ki, bank vəfat edən keçmiş səhmdarı Maqbet Mehdiyevin 11.58%-lik payı digər səhmdarlar arasında bölüşdürülüb. Nəticədə Mehdiyeva Fəridə Cahandar qızının bankdakı payı 10,03%-dən 21,6070%-ə, Elmir Maqbet oğlu Mehdiyevin payı 67,74 %-dən 67.7442 %-ə kimi artıb, Vəliyeva Vəfa Əhməd qızının payı isə 10,65 %-dən 10.6487 %-ə enib.

 

Son xəbərlər
Digər xəbərlər