26 C
Baku
Saturday, July 27, 2024

“MuğanBank”ın vəzifəli şəxsinə 8 ildən çox cəza istənilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Banker.az bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, A.Mahmudovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 19-da davam etdiriləcək.

oxu.az

Son xəbərlər
Digər xəbərlər