Azərbaycanda daha bir bank filialı açıldı.
Banker.az xəbər verir ki, “Muğanbank”ın yeni filialı istifadəyə verilib. Bu filialın adı “Həyat” filialıdır.
Bildirək ki, “Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları 63,50% ilə Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% iləVəfa Vəliyeva, 11,35% ilə Fəridə Mehdiyevadır.