2 C
Baku
Sunday, December 15, 2024

Mühafizəçi işlədiyi bağ evindən 35 min manatlıq qızıl oğurlayıb – VİDEO

Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Banker.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər