15 C
Baku
Saturday, April 20, 2024

Müharibə nəticəsində Ukraynaya 600 mlrd. avro ziyan dəyib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Twitter”də paylaşdığı videomüraciətdə bildirib ki, Avropa Komissiyası Rusiya ilə münaqişədən Ukraynaya dəyən zərərin qiymətləndirilməsini 385 milyard avrodan 600 milyard avroya qaldırıb. Bu zərəri kompensasiya etmək üçün Avropa hakimiyyəti Rusiyanın dondurulmuş 300 milyard avroluq aktivlərdən xüsusi fond yaratmağı təklif edir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yaxın gələcəkdə Aİ Rusiyanın dondurulmuş aktivlərinin idarə edilməsi üçün qaydaların yaradılması üzərində işləyəcək. AK rəhbərinin sözlərinə görə, bu vəsait hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın bərpasının maliyyələşdirilməsinə yönəldiləcək.

O, müraciətində Ukrayna Silahlı Qüvvələrinin 100 min insan itirdiyini də bildirib. Avropa agentliyinin məlumatına görə, 20 mindən çox dinc sakin həlak olub.

Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox vəsait tələb olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər