Müharibə Ukrayndadan Azərbaycana əhalisinə pul köçürmələrin həcmini kəskin azaldıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ildə Ukraynadan Azərbaycan əhalisinə 6 milyon 248 min ABŞ dolları həcmində pul köçürülüb. Bunun da 4 milyon 234 min dolları 2022-ci ilin birinci rübünün payına düşüb.
2021-ci ildə Azərbaycana Ukraynadan pul köçürmələrin həcmi 29 milyon 892 min ABŞ dolları idi.
Azərbaycandakı fiziki şəxslərin Ukraynaya köçürdüyü pul baratlarının həcmi 26 milyon 188 min dollar olub. Bu 2021-ci ildə 46 milyon 567 min dollar idi.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı fiziki şəxslər xaricə 664 milyon 798 min dollar köçürdüyü halda, xaricdən Azərbaycana 3 milyard 620 milyon 117 min dollar pul köçürülüb.
Rusiya 2022-ci ilin fevralının son həftəsində Ukraynaya qoşun yeridərək bəzi ərazilərini işğal edib.