9 C
Baku
Thursday, December 12, 2024

“Müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur” – Zelenski

“Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsini simvollaşdırır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitindəki onlayn çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur.

“Xerson ölkəmizin cənubundakı ən mühüm şəhərlərdən biridir və Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəzdir. İndi isə Xerson azad edilib”, – Ukrayna lideri vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər.

Qeyd edək ki, noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. V.Zelenski noyabrın 14-də Xersona səfər edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər