2 C
Baku
Saturday, December 14, 2024

Mühasib – mütəxəssis — PAŞA Həyat

Struktur bölmə: Maliyyə və satınalma departamenti, Mühasibatlıq şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Mütəxəssis

Son müraciət tarixi: 04 yanvar 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

 

Vəzifənin öhdəlikləri:

1. Mühasibat müxabirləşmələrini əməliyyatların təyinatlarına uyğun olaraq düzgün şəkildə mühasibatlıq proqramına daxil etmək;
2. Mühasibat hesabları üzrə gündəlik təhlillər aparmaq;
3. Maliyyə hesabatlarını qanunvericiliyə, şirkətdaxili siyasət və qaydalara əsasən hazırlamaq;
4. Digər strutktur bölmələrin mühasibatlıq məlumatları ilə bağlı sorğularını operativ olaraq yazılı cavablan.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi tələb olunur. (Sığorta sahəsində işləyənlərə üstünlük veriləcəkdir).
Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq və iqtisadi ixtisaslar üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir.
Kompüter bilikləri: İstənilən maliyyə, mühasibatlıq proqram təminatı ilə tanışlıq;Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı;Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə yuxarı səviyyəli biliklər;Mühasibatlıq üzrə ACCA və ya CPA proqramlarına üzvlük;Sığorta, xüsusilə həyat sığortası sahəsində təcrübə və biliklər.
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, hesabatların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, diqqətlilik və problemə fokuslanma, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası cv-lər “Mühasib – mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər