“Rabitabank” ASC Mühasibatlıq departamentinə, Baş mühasibin müavini vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
- Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
- Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- Mühasibatlıq məsləhəti funksiyalarının qurulması və struturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla, icra olunması.
Namizədə qarşı tələblər:
- Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
- Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi biliklərə malik olması;
- Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
- Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.
Davranış səriştələri:
- İdarəetmə və liderlik qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya qabiliyyəti;
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Təşəbbüskarlıq, operativlik və məsuliyyətlik kimi mübət keyfiyyətlərə malik olması.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33