15 C
Baku
Saturday, April 20, 2024

Mükəmməl rəhbər olmaq üçün “Google” dan 10 məsləhət

Hər il “Google” şirkəti menecerlərin daha effektiv olmaları üçün nə etməli olduqlarını tapmaq məqsədilə “Project Oxygen” tədqiqatını keçirir. Əldə edilmiş nəticələri təcrübədən keçirdikdən sonra şirkət kadr axınının azaldığını, əməkdaşların məhsuldarlığının və məmnunluğunun isə artdığını qeydə aldı.

  1. Yaxşı müəllim olun

Ən yaxşı liderlər fikirlərini bölüşürlər və yaranan problemlər haqqında işçilərin rəylərini soruşurlar. Nəticədə komanda əlavə təcrübə qazanır və böyüyür. 

  1. İşçilərinizin məsuliyyət zonasını genişləndirin və mikromenecment ilə məşğul olmayın

İşçilərinizə azadlıq verin. Qoy onlar öz ideyalarını test etsinlər, şəkil çəksinlər və səhvlərə yol versinlər. Menecer isə öz növbəsində işçilərinə öz potensiallarını açmaq üçün şərait yaratmalıdır. 

  1. İşçilərin uğurlarına və rifahlarına diqqət edin

“Google” tədqiqatçıları komandanın səmərəliliyinin açarı “psixoloji cəhətdən təhlükəsiz” olan mühitdədir. Qeyd edək ki, psixoloji cəhətdən təhlükəli olan mühit olduqda, işçilər səhv etməkdən, sual verməkdən və yeni ideyalar irəli sürməkdən çəkinirlər. 

  1. Nümunə olun

Rəhbərin əsas vəzifəsi işçilərin təkmilləşməsinə kömək etməkdir. Buna nail olmaq üçün siz onlar üçün nümunə olmalısınız: lazım olduqda onlara dəstək olmalı və birlikdə çalışmaq. 

  1. Dinləməyi və biliklərinizi bölüşməyi bacarın

Yaxşı menecer olmaq yaxşı ünsiyyət qurmağı bacarmaq deməkdir. İlk növbədə rəhbər dinləməyi öyrənməlidir, işçilərinə qarşı empatiya göstərməlidir. 

Bundan əlavə, peşəkar menecer bilir: informasiya – gücdür. O, komandanın bütün suallarına cavab verməlidir. 

  1. Tərifləyin, tənqid edin

Həm tərifin, həm tənqidin yalnız bir məqsədi var – işçiyə inkişaf etməyə v. Şəxsi karyera məqsədlərinə çatmağa kömək etmək. Bunun üçün işçini gördüyü işlərə gör tərifləmək və zərurət yarandıqda konstruktiv şəkildə tənqid etmək lazımdır. Rəhbər komanda üzvlərinə sərmayə qoymalıdır, onları motivasiya etməlidir. 

  1. Komandanın strategiyasını müəyyənləşdirin

Menecer komandanın hazırda harada olduğunu, hansı istiqamətdə hərəkət etdiyini və məqsədinə çatmaq üçün nə etməli olduğunu dəqiq bilir. İşçilərə dəstək olmaq üçün siz ünsiyyət qurmağı və etibar yaratmağı bacarmalısınız. Hər bir işçi strategiyanın həyata keçirilməsində hansı rol oynadığını başa düşməlidir.

  1. İşçilərə kömək etmək üçün əsas texniki bacarıqlara yiyələnin

İşçilərin gündəlik vəzifələrini başa düşmək vacibdir. Bu, mənzərəni tam görməyə kömək edir. Hər bir işçi strategiyanın realizəsində hansı rol oynadığını başa düşməlidir. 

  1. İşçiləri bir komandaya birləşdirin

Pis rəhbərlər adətən komanda üzvlərini bir-biri ilə qarşılaşdırırlar və bu, əməkdaşlığın effektivliyini yox edir. Rəhbər şirkətin rifahı üçün çalışmalıdır və işçiləri də bunu etməyə təşviq etməlidir. 

  1. Qərarlara inamla qəbul edin

İmpulsiv olmağa ehtiyac yoxdur, bunun əvəzinə qətiyyətli olun. Əvvəlcə faktlarla tanış olun, işçilərin fikirlərini və perspektivlərini dinləyin, sonra isə qərar verin. Bu qərar hamı tərəfindən dəstəklənməli deyil.

Son xəbərlər
Digər xəbərlər