23 C
Baku
Tuesday, April 23, 2024

Müqavimətin gücü: niyə şübhələr güvəni artırır

Bəzən insanlar haqsız olduqlarını qəbul etmirlər. Bütün dəlillər isə təzyiq kimi qəbul edilir və səhv edən tərəfin mövqeyini daha da gücləndirir. 

ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama seçkilərdə qalib gəldiyi dövrdə dünya şok yaşamışdır. Amerikalılar Obamanın namizədliyini dəstəkləsə də, bir çoxları onun ölkənin lideri olaraq qəbul etməyə hazır deyildi. Məsələn, bəziləri onun ABŞ-da anadan olduğuna inanmaqdan imtina edirdi. 2011-ci ilin aprelində Obama rəhbərliyi tərəfindən prezidentin doğum şəhadətnaməsi yayımlandıqda, effekt möhtəşəm oldu. Skeptiklər haqlı olduqlarına daha çox əmin oldular – o, amerikalı deyil! “Necə ki?”, – deyib soruşa bilərsiniz. Axı rəsmi sənədlər göz qabağındadır. Niyə inandırıcı dəlillər Obamanın rəqiblərini razılığa sala bilmədi və hətta əksinə, mövqelərini gücləndirdi? Bu niyə baş verdi? 

Əslində təəccüblü heç nə yoxdur. “Əks nəticənin təsiri” adlı koqnitiv effekt sayəsində daxilimizdəki dərin inanclarımıza zidd olan məlumatların doğru olduğunu qəbul edə bilmirik. 

2005-2006-cı illərdə Michigan və Georgia universitetinin professorları olan Brendan Nihen və Ceyson Reyfler maraqlı bir təcrübə apardılar. Onlar həssas siyasi məsələlərə toxunan və olduqca geniş yayılan təsəvvürləri dəstəkləyən məqalələr hazırladılar. Məsələn: “ABŞ İraqda kütləvi qırğın silahını aşkar etdi”. Bundan sonra təcrübə iştirakçılarına əvvəlki məlumatı təkzib edən faktları oxumaq təklif olundu. Məsələn, ABŞ Yaxın Şərqdə heç bir kütləvi qırğın silah aşkar etməyib. Nəticədə nə baş verdi? 

Müharibə əleyhdarları, əlbəttə ki, birinci məqalə ilə razılaşmadılar və asanlıqla ikinci məqaləyə inandılar. Tərəfdarları isə əksinə, birinci məqalə ilə qeyd-şərtsiz razılaşdılar, ikincini isə qəti şəkildə rədd etdilər. Bu, təəccüblü deyil: normal reaksiyadır. Lakin bizə həm hərbi kampaniyaya dəstək verənlər, həm də məqalələrdə göstərilən məlumatları təkzib edənlər maraqlıdır. İlk baxışdan sizə elə gələ bilər ki, onlar tutduqları mövqeyə qarşı şübhə etməyə başlamalıdırlar. Buna baxmayaraq, tədqiqatlar müharibə tərəfdarlarının bu cür məqalələri oxuduqdan sonra daha çox haqlı olduqlarına inanmağa başladığını göstərdi. 

Bu qərəzlik o qədər güclüdür ki, insanlar səhv olduqlarını hətta düşünməkdən belə imtina edirlər. Bir müddətdən sonra tədqiqatçılar vergi islahatı, kök hüceyrələrin istifadəsi və s. nümunələr vasitəsi ilə təcrübələr apardılar və eyni nəticəyə gəldilər: ziddiyyət təşkil edən faktlarla qarşılaşdıqda, insanın daxili inancı daha da güclənir. 

Məsələ ondadır ki, dünyaya baxış mövqeyimizə zidd olan məlumatlarla qarşılaşdığımız zaman inanclarımızı qorumağa başlayırıq. Təbii olaraq, bu şüursuz şəkildə baş verir. Köhnə fikirlər beynin ən həssas nöqtələrinə hücum edərək, ona yeni informasiya qəbul etməyə mane olur. Unutmayın ki, heç kim ağılsız görsənmək istəmir. Məhz bu səbəbdən kimsə bizə istiqamət verəndə, beyində təhlükəsizliyə cavabdeh olan zona aktivləşir. Bir sözlə, “vur və qaç” reaksiyası meydana gəlir. Kimsə dərin inanclarımızı 180 dərəcədə çevirməyə çalışanda bunun əksi baş verir: köhnə və ehtimal ki, yalan inanclar daha da gücləndirilir. Əlbəttə ki, bu mexanizm bizi daha az tənqidçi edir. Bu baxımdan məntiqsiz fikirlərin sübut edilmiş faktlara təsirli şəkildə müqavimət göstərməsinin səbəbi aydın olur. 

Buna görə mübahisədə üstünlük qazanmaq bəzən mümkünsüz olur. Bir tərəfdən, rəqib inandırıcı və əsaslandırılmış arqumentlər verir, elmi əsərlərə istinadlar və nüfuzlu şəxslərdən sitatlar gətirir, məntiqə və empirikliyə müraciət edir – bütün bunlar rəqibi inandırmalı və onu ilkin fikrini düzəltməyə məcbur etməlidir. Lakin bu dəlillər qarşı tərəfin əminliyini gücləndirir. İndi bunun niyə baş verdiyini yaxşı başa düşürsünüz. 

Əgər insanlar mövqelərini dəyişdirməyə hazır deyilsə, nə qədər çalışsalar da bunu bacarmayacaqlar. Buna görə heç vaxt onların fikirlərini kəskin dəyişdirməyə çalışmayın. Unutmayın ki, “yox” və “hə” arasında “ola bilər” dayanır. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər