12 C
Baku
Friday, March 29, 2024

Müsahibədə yanlış cavab verdiyiniz 5 tipik sual

Özünüz haqqında məlumat verin

Adətən, bu sualdan sonra insanlar öz həyatı haqqında danışmağa başlayırlar və beləliklə, ən vacib məqamları deməyi unudurlar. 

Belə bir sual eşidəndə ağlımıza gələn ilk şey təhsilimiz, keçmiş iş yerimiz və digər şeylər haqqında detallı danışmaq gəlir. Nəzərə almalısınız ki, heç kim sizin tərcümeyi-halı eşitmək istəmir. Belə hekayə qarşı tərəfdə sizin haqqınızda mənfi təəssüratları formalaşdıracaq. 

Çatdırmaq istədiyiniz fikri yaxşı-yaxşı düşünün. Sizin cavabınız bu ideyanı izah etməlidir. Məsələn, siz belə deyə bilərsiniz: “Mən özünü ünsiyyətlə ilə bağlı olan vəzifələrdə yaxşı nəticələr əldə etmiş insanam” və ya “Məni rəhbərliyə olan etimadım müəyyən edir”. Unutmayın ki, yeritmək istədiyiniz ideya işə götürənin axtardığı ilə üst-üstə düşməlidir.  

Niyə bu işlə maraqlanırsınız?

Bu, kifayət qədər çətin sualdır, çünki siz bu iş ilə heç bir əlaqəsi olmayan bir cavab verə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, geyim mağazasına işə düzəlmək istəyi dəb dünyasına maraq göstərməyiniz ilə bağlı olub. Və ya siz dizaynersiniz və reklam ilə məşğul olmaq istəyirsiniz. Və ya bu şirkəti sizə dostunuz məsləhət görüb deyə cavab verə bilərsiniz. Tipik cavablardan biri də budur: “Mən başa düşdüm ki, iş yerimi dəyişməliyəm”. Bütün bu cavablar həqiqətə uyğun gəlir, lakin işəgötürəndə heç bir təəssürat yaratmayacaq. 

Sizdən nə gözləyirlər? İşdə qarşılaşa biləcəyiniz çətinliklərdən xəbərdar olduğunuzu, nəyə görə bu vəzifəyə uyğun gəldiyinizi göstərin. 

Sizin ən böyük zəifliyiniz nədir?

Bu suala cavab vermək o qədər də asan deyil. Bəli, bizim hər birimizin zəifliyi var. Əgər bu suala hazır deyildinizsə, belə cavab verə bilərsiniz: “Mənim zəifliyim ondan ibarətdir ki, “deadline” lar olduğu zaman çox narahat oluram və ya “Komandanın əlbir olmaması məni sevindirmir”. Çalışın xırdalıqlara getməyəsiniz. 

İşəgötürənə yalan danışmayın, yaxşı olar ki “zəif tərəf” kimi ən güclü tərəfinizi deyəsiniz. Məsələn, belə demək olar: “Mən hər şeyin mükəmməl olmasını istəyirəm və hər zaman ideal nəticə əldə etməyə çalışıram”. Və ya “Komandam bütün var gücü ilə işləməlidir, buna görə mənimlə birlikdə işləyən insanlar da mənim kimi ambisiyalı olmalıdırlar”. 

Niyə əvvəlki iş yerinizi tərk etdiniz?

Və yenə də bu sualın həm düzgün, həm də yanlış cavabı var. 

Neqativ nələrsə danışmaq düzgün olmaz. Əsas səbəb kimi rəhbərinizi və ya kollektivi göstərsəniz, işəgötürən sizə “yox” cavab verə bilər. “Əvvəlki iş yerim çox uzaqda idi” və ya “İş çox vaxt alırdı və ailəyə lazımi qədər diqqət ayıra bilmirdim” kimi cavablar da məqbul sayılmır. 

Çalışın qarşı tərəfdə ambisiyalı, əvvəlki iş yerində maksimumuna çatmış və irəli getməyə qərar vermiş bir  işçi obrazını yaradasınız. Öz nailiyyətləriniz, yeni iş yerində nələr etməyi planladığınız və hansı bacarıqlardan istifadə edəcəyiniz haqqında danışın. 

Eyni zamanda, əvvəlki iş yerinizi tərk etməli olduğunuzdan təəssüfləndiyinizi də ifadə edə bilərsiniz. 

10 ildən sonra özünüzü harada görürsünüz?

Bu, birmənalı sual deyil. Əgər işəgötürənin vəzifəsinə gəlmək istəyinizi bildirsəniz  – məsələn, şirkətin viçe-prezidenti və ya direktoru – özünüzü təhlükəyə atmış olacaqsınız. Belə bir cavab qarşı tərəfi təhqir edə bilər. 

Təxmini planlarınızdan danışın, onları konkret insanlarla əlaqələndirməyin. İşəgötürən görəcək ki, karyera ilə bağlı müəyyən planlarınız var. Unutmayın ki, indiki zəmanədə planlar tez-tez dəyişir və bunu da qeyd etməyiniz yerinə düşər. 

İnsanlar müsahibələrə gəldikdə stress keçirirlər, sizə ünvanlanmış suallara cavab axtararkən isə vəziyyət daha da pisləşə bilər. Buna görə də, necə cavab verəcəyinizi əvvəlcədən düşünməlisiniz. 



Son xəbərlər
Digər xəbərlər