15 C
Baku
Thursday, May 9, 2024

Müsahibə zamanı həyəcanı necə dəf etmək olar?

Bir çox insanlar müsahibə zamanı həddindən artıq çox həyəcan keçirirlər. Sizin nitqiniz inamsız səslənir, ovuclarınız tərləyir, gözlərinizdə əks olunan qorxunu isə gizlətmək mümkün olmur. Əgər siz satışlar üzrə menecer, katib, PR-menecer vəzifələri tutmaq istəyirsinizsə, bu peşə sahiblərinin mütəmadi olaraq yeni insanlarla sıx əlaqə qurduqlarını nəzərə almalısınız. Və əgər bu vəzifələrə namizədsinizsə, həddindən artıq həyəcanın sizə mane olacağını unutmayın.

Lakin əgər siz texniki mütəxəssis və yaxud təhlilçi vəzifələrinə namizəd olsanız belə (bu vəzifələrdə çalışanlardan ünsiyyətçilik tələb olunmur) yenə də yersiz həyəcan sizin işə götürülmə şanslarınızın azalmasına səbəb olacaq.

Biz sizə həyəcanı dəf etmək üsullarını təqdim edirik:

Münasibətinizi dəyişin

Müsahibə zamanı sorğu sualda olmadığınızı, həmçinin burada ölüm-qalım məsələsinin həll olunmadığını unutmayın. Müsahibəyə sizə təcrübə, bəlkə də iş yeri qazanmağa yardım edəcək bir tədqiqat, həyati təlim kimi yanaşın. Bu sonuncu cəhdiniz deyil, sadəcə olaraq bir imkandır.

Müsahibəçi olun

Müsahibə zamanı adətən sualları daha güclü və yaşlılar verdikləri üçün, biz özümüzü narahat hiss edirik. Unutmayan ki, müsahibədə həm şirkət əməkdaş, həm də əməkdaş özünə şirkət axtarır. Sual verməyə utanmayın. Bu həm şirkət haqqında faydalı məlumat əldə etməyə, həm də sizin özünüzü inamlı hiss etməyinizə yardım edəcək.

Müsahibə götürəni sizi qorxutmaq, alçaltmaq və işsiz qoymaq istəyən bir düşmən kimi qəbul etməyin. O, sadəcə olaraq şirkətin bir əməkdaşıdır və sizin kimi bir insandır.

Müsahibəçi tez bir zamanda yaxşı əməkdaş tapmaq istəyir.

Həyəcanınızın səbəblərini təyin edin

Sizin həyəcanınızın səbəbi bu şirkət və ya vəzifə üçün biliklərinizin kifayət olmaması haqqında şüuraltı hissiniz ola bilər. Belə olduğu halda mövcud vakansiyalar haqqında ətraflı düşünün.

Ünsiyyətə uyğunlaşın

Tanımadığınız insanlardan yolu soruşun, tez-tez mağazalarda məsləhətçilərə müraciət edin, yeni tanışlıqlar qurun. Siz tanımadığınız insanlarla nə qədər çox ünsiyyət qursanız, müsahibə zamanı sizə bir o qədər asan olacaq. O zaman sizin üçün bu sadəcə olaraq növbəti maraqlı bir tanışlıq olacaq.

Həmçinin öz emosiyalarınızı idarə etməyi sınaya bilərsiniz. Qorxu hiss etdiyimiz zaman sürətlə və dayaz şəkildə nəfəs almağa başlayırıq. Ona görə, sakitləşmək və özünüzü ələ almaq üçün dərindən və yavaş-yavaş nəfəs almağa başlayın.

Son xəbərlər
 ⁠
Digər xəbərlər