AFB Bank Müştəri əlaqələri şöbəsinin korporativ müştəri təmsilçisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Korporativ müştəri təmsilçisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı və Gəncə şəhərləri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
- Sahəyə aid olan qayda və normativləri bilmək;
- Maliyyə və kredit analizi bilikləri;
- Yaxşı ünsiyyət bacarıqları;
- Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
- Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
- Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
- Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilinin aparılmasını təmin etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.