16 C
Baku
Friday, April 19, 2024

Müştəri xidmətləri üzrə mütəxəssis (İnkişaf üçün Maliyyə)

TƏLƏBLƏR:

• Menecment, marketinq, sosial idarəçilik üzrə ali təhsil
• Müştəri xidmətləri, bazar araşdırması, marketinq üzrə 1 il iş təcrübəsinə malik olmaq
• Proqram /layihələr idarəetmə təcrübəsinə malik olmaq
• İnsanlarla işləmək, dinləmək, ünsiyyətə girmək bacarıqları;
• Ölkə ərazisində səfər edə bilmək imkanı
• Azərbaycan dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək; İngilis dili biliklərinə malik olmaq üstünlük kimi qəbul ediləcək
• Araşdırma, təlimçilik və ya öyrətmə bacarıqları
• Maliyyə xidmətlərini yaxşı qavrama
• Əla ünsiyyət və şəxsi bacarıqlar
• Komanda şəklində işləmək bacarıqları
• Kompüter bacarıqları

İŞÇININ VƏZIFƏSI:

• Müştəri xidmətləri ilə əlaqədar fəaliyyətlərin idarə edilməsi
• Müştəri şikayətləri və müraciətlərinin qəbulu, qeydiyyatı, təhlili, təsnifləşdirilməsi, araşdırılması və cavablandırılması
• Müştəri xidmətləri üzrə xarici tərəfdaşlar ilə layihələrin icrasında təşkilatın təmsilçisi qismində çıxış etmək
• Sosial məsuliyyətlərin idarə edilməsi ilə bağlı fəaliyyətlər
• Müvafiq sahə üzrə layihələrin icrası
• Müvafiq təlimatların, strategiyaların hazırlanıb, təsdiq üçün İdarə heyəti qarşısında əsaslandırılması
• Müvafiq strategiya üzrə icraatın təşkili və nəticələrin rüblük əsasda təqdim edilməsi
• Müştəri xidmətlərinin keyfiyyəti üzrə təşkilatın filialları və baş ofislərində təlimlərin keçirilməsi
• Marketinq işinin aparılması

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:

Faks: 4927763 (Dax. 11)

E-poçt: [email protected]

1. Ərizələrin (CV və ya Resume) qəbulu  26 Yanvar 2015-ci il tarixinədək davam edəcəkdir.
2. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə “müştəri xidmətləri üzrə mütəxəssis” yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
3. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər