12 C
Baku
Wednesday, December 11, 2024

Müştəriləri il ərzində “AFB Bank”dan 88 mln. depozitlərini geri çəkib

İl ərzində “AFB Bank” ASC-nin cəmi aktivləri 20 faiz kiçilərək 373,53 mln. manata düşməklə 2017-ci ildəki rəqəmlərə qədər geriləyib.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu il üzrə yanvar-mart aylarına olan hesabatda deyilir.

1 aprel 2019-cu il tarixində cəmi aktivlərinin 206,90 mln. manatı kredit portfeli təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz kiçilmə baş verməsi deməkdir.

Cəmi öhdəlikləri  illik 28 faiz kiçilərək 285,48 mln. manat olub. Cəmi öhdəliklərinin 161,07 mln. manatı müştərilərdən cəlb etdiyi depozit portfelidir. Bu isə pepozit portfelinin illik 35% kiçilməsi (və ya 88,38 mln. manat kiçilmə ) deməkdir. Qeyd edək ki, rübün əvvəli bankın bu portfeli 201,91 mln. manat idi.

Hazırda bankın cəmi kapitalı 88,05 mln. manat təşkil edir ki, bu da nizamnamə kapitalından əlavə cəmi kapitalda 16,03 mln. manatlıq bölüşdürülməmiş mənfəətin olması deməkdir.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova , 0,18%-i Tahir Cəmil oğlu Muradova, 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

e42Annotation 2019 04 23 090219

 

Son xəbərlər
Digər xəbərlər