Banker.az xəbər verir ki, Cohn & Wolfe agentliyi özünün illik dünyanın 100 ən autentik brendi reytinqini təqdim edib.
Beləliklə, 2017-ci il üzrə ilk pillənin sahibi Amerikanın elektron kommersiya nəhəngi Amazon şirkəti olub. Amazon şirkətindən əlavə, liderlərin beşliyinə digər texnoloji şirkətlər də daxil olub: Apple, Microsoft, Google və PayPal.
Brendin autentikliyi (orijinallığı) onun yalnızca yaxşı qəbul edilməsi deyil. Araşdırmada iştirak edən bütün dünya üzrə istehlakçıların 62%-i qeyd edib ki, brendini autentik hesab etdikləri şirkətdən məhsul almağa üstünlük verirlər.
İstehlakçılar brendləri 3 açar mövqeli xüsusiyyətə görə qiymətləndirib və onların fikrincə brendin autentikliyi də məhz bu amillərdən asılıdır:
▪ etibarlılıq — bu anlayışa həm brendin istehlakçıya verdiyi vəd, həm də onun məhsullarının bilavasitə keyfiyyətli olmasıdır;
▪ hörmət — burada söhbət istehlakçıların şəxsi məlumatlarının gizliliyinin qorunmasından gedir;
▪ orijinallıq — istehlakçılar brendin orijinallığı dedikdə brendin unikallığı, nüfuzu və verilən vədlərin yerinə yetirilməsini nəzərdə tutub.
Araşdırma gedişində cari ilin may ayından iyun ayına qədər 15 müxtəlif bazar üzrə 15 000 istehlakçının fikirləri öyrənilib. İstehlakçılar öz seçimlərini 1400 brend arasından edib. Keçən il reytinqin ilk pilləsində Disney qərarlaşmışdı. Dünyanın ən autentik brendlərinin ilk üçlüyünə isə BMW və Microsoft daxil olmuşdu.