“Bank Respublika” ASC Müştərilərlə əlaqələri idarəetmə departamentinə “Xidmətlər üzrə məsləhətçi” vakansiyası üzrə namizədləri işə dəvət edir.
Vəzifə üzrə əsas öhdəliklər aşağıdakı kimidir:
1. Müştərilərin qarşılanması və müvafiq xidmətlərin alınması üçün yönləndirilməsi;
2. Filiala daxil olmuş müştəri sorğuları və suallarının cavablandırılması;
3. Bankın bütün məhsul və xidmətləri barədə əsas biliklərin olması və onlarla bağlı informasiyanın verilməsi;
4. Müştəriləri distant kanallardan istifadəyə yönləndirmək və öyrətmək;
5. Gözləmə zamanı müştərilərlə səmimi ünsiyyət, bukletlərin, aktual məlumatların verilməsi;
6. Müştəri rəylərinin toplanması, mini-sorğuların aparılması.
Namizədə minimal tələblər:
– Ali təhsil (universiteti bitirmiş);
– Ünsiyyət qurmaq qabiliyyəti, gülərüz;
– Azərbaycan və rus dili bilikləri – yüksək.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.