14 C
Baku
Thursday, April 25, 2024

Müxtəlif ölkə rəhbərliklərinin pul xərclədiyi ən axmaq şeylər

Aşağıdakı nümunələr bunu bir daha sübut edir. Beləliklə,

İtaliyanın heç hara aparmayan lifti: İtaliyada mövcud olan kiçik Sutera şəhəri artıq uzun müddətdir ki, ianələr hesabına yaşayır. Yerli hakim dairələr vəziyyəti turist cəlb etməklə düzəltməyə qərar verir. Bu məqsəd üçün San-Paolina dağının zirvəsində şəhərin ən qədim  məskəninə aparmalı olan lift inşa edilib.

Liftin inşası uzun illər ərzində həyata keçirilir və 2012-ci ildə başa çatır. Liftin inşasına təqribən 2 000 000 avro yatırım tələb olunmuşdu. Lakin Sutera şəhər rəhbərliyi liftin istismar üçün kifayət qədər baha olduğunu deyərək onun istifadə olunmasından imtina etməyə qərar verir. Belə hesab edilir ki, bu çirkli pulların yuyulması üçün eleqant bir üsul idi.

Honq Konq fenşui-ə pul ödəyir: Honqkonqda hər il şəhərdəki binaların fenşui nöqteyi-nəzərindən yerləşdirilməsi üçün milyonlarla dollar ayrılır və bununla tsi enerjisinin düzgün istiqamətdə axacağına inanılır. Şəhərin istənilən sakini yeni tikilən binanın onun tsi enerjisinə pis təsir etdiyini hiss etdiyi halda dövlətə ərizə ilə müraciət edə bilər. Şəhərin sıx məskunlaşdığını nəzərə alsaq, bu kifayət qədər tez-tez baş verir. 2010-cu ilə qədər Honqkonq rəhbərliyi sakinlərinin tsi enerjisini bərpa etmək üçün 10 000 000 dollar vəsait xərcləyib.


Haiti jeep-lər alır: Haiti kifayət qədər yoxsul və seysmik cəhətdən təhlükəli bir ölkədir. 1998-ci ildə alimlər yer qabığının fəallığının artdığını qeydə aldıqdan sonra, yerli hakimiyyəti güclü zəlzələnin baş verməsinin an məsələsi olduğu ilə bağlı xəbərdar etmişdilər. 2009-cu ildə yerli seysmoloq Klod Prepetit hökuməti ölkənin paytaxtında zəlzələyə davamlı binanın inşa edilməsi üçün vəsait yatırmağa çağırır. Lakin bunun əvəzində, hakim dairələr sahilyani ərazilərə nəzarət etmək üçün yolsuzluq avtomobilləri almağa qərar verdi.

12 yanvar 2010-cu ildə Haitidə 7 ballıq dağıdıcı zəlzələ təqribən 223 min insanın həyatına son qoydu. 300 min insan isə xəsarət almışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər