19 C
Baku
Monday, April 29, 2024

Müxtəlif ölkə yollarında ən absurd qadağalar

Aşağıda sizə müxtəlif ölkə yollarında vətəndaşlar üçün nəzərdə tutulmuş ən qeyri-adi qadağalar toplusunu təqdim edirik:

Almaniyada avtobanda benzinsiz vəziyyətdə qalmaq qeyri-qanuni hesab edilir.

Kiprdə sükan arxasında yemək və ya içmək qadağandır.

Alyaskada iti avtomobilin üst hissəsinə bağlamağı qadağan edən qanun mövcuddur.

San-Fransiskoda avtomobili köhnə alt-paltarı ilə yumaq olmaz.

Danimarkada sürücü avtomobilini işə salmamışdan öncə onun altında kiminsə olub-olmadığını yoxlamalıdır.

Kaliforniya, Tennesidə avtomobildə əyləşərək atəş açmaq qadağandır, lakin əgər bu kit deyilsə.

Sinqapurda piyadaya 50 metrdən çox yaxınlaşmaq olmaz.

Nevada ştatında dəvə üzərində getmək olmaz.

Alabamada gözləri bağlayaraq avtomobil idarə etmək qadağandır.

İllinois ştatında yalnız yanğın zamanı əyninizi dəyişə bilərsiniz. Əks halda sizi cərimə gözləyəcək.

Massaçusets şttaında avtomobilinizin arxa oturacağında qorilla aparsanız cərimə olunacağınıza əmin ola bilərsiniz.

İspaniyanın bəzi şəhərlərində ayın tək günləri avtomobilini tək nömrəli evlərin önündə saxlamalısınız.

Amerikanın Montana şəhərində yük avtomobilində qoyunu tək qoymaq olmaz.

Missuri ştatında başqasının avtomobilinin siqnalını basa bilməzsiniz.

Oklahamada isə sükan arxasında karikatura jurnalı oxumaq qadağandır.

Ohaya ştatında avtomobiliniz xarab olduğu təqdirdə çağırdığınız taksinin üzərində getməyiniz qadağandır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər