3 C
Baku
Saturday, December 14, 2024

Müxtəlif ölkələrdə gediş haqqı nə qədərdir?

İctimai nəqliyyat gedəcəyimiz yerə çatmaq üçün ən rahat, sürətli və qənaət edici vasitədir. Lakin bəzi ölkələrdə avtobus və metrolarda gediş haqqları heç də biz düşündüyümüz kimi ucuz deyil. İlk baxışdan gediş haqqı çox görünməyə bilər, lakin uzun məsafəyə getdikdə artıq xərcin nə qədər böyük olduğunun fərqinə varırıq.

Aşağıda müxtəlif ölkələrdə gediş haqqının nə qədər olduğu ilə tanış ola bilərsiniz.

Münhen, Almaniya ‒ gediş haqqı  3.24 dollar

Münhen əhalinin sayına Almaniyanın üçüncü böyük şəhəridir. Burada nəqliyyat sisteminin yüksək inkişaf etməsi heç də təəccüblü hal deyil. Burada nəqliyyat sistemi şəhər ətrafı qatarlardan, şəhər ətrafı-şəhər qatarlardan (S-Bahn), yeraltı metrodan, metro və tramvaydan ibarətdir. 1972-ci ildə inşa edilmiş S-Bahn gündəlik 800 min sərnişinə xidmət edir. Bütün şəhər üzrə 10 stansiya var.

Frankfurt, Almaniya ‒ gediş haqqı 3.24 dollar

Almaniyanın beşinci ən böyük şəhərində əhalinin sayı 700 min insan təşkil edir. Onun nəqliyyat sistemi S-Bahn, U-Bahn və 9 tramvay xətlərindən ibarətdir. Şəhərdə ən populyar nəqliyyat vasitəsi isə 140 km/saat sürətlə hərəkət edən tramvaylardır.

Helsinki, Finlandiya – gediş haqqı 3,28 dollar

Helsinkidə əhalinin sayı 610 min insandır. Buna görə də şəhər ən çox inkişaf etmiş nəqliyyat sisteminə sahibdir. Bu nəqliyyat sistemi isə tramvay, elektrik qatarı, metro, avtobus və bərələrdən ibarətdir. Helsinki Finlandiyanın yeganə şəhəridir ki, burada metro və tramvay 1982-ci ildən inşa edilib.

Sidney, Avstraliya ‒ gediş haqqı 3.43 dollar

Sidney – bu siyahıya daxil olan yeganə qeyri Avropa ölkəsidir. Bu ölkənin ən böyük şəhəridir. Burada sərnişin axını 522 milyona bərabərdir. İnkişaf etmiş nəqliyyat sistemi avtobus, qatar və su nəqliyyatından ibarətdir. Lakin çox təəccüblüdür ki, bu şəhərin nəqliyyat sistemi dünyanın ən pis sistemlərindən biri hesab edilir.

Cenevrə, İsveçrə ‒ gediş haqqı 3.67 dollar

Cenevrədə əhalinin sayı təqribən 200 mindir. Lakin bununla yanaşı,  o Qərbi Avropada özünün ən qəliz və inkişaf etmiş nəqliyyat sistemi ilə öyünə bilər. Nəqliyyat sistemi özündə tramvayları, trolleybusları və avtobusları birləşdirir.

London, İngiltərə ‒ gediş haqqı 3.70 dollar

Londonun nəqliyyat sistemi Avropada ən çətin və çox yüklənmiş sistemlərindən biridir. London metrosu tək paytaxt sakinlərinə deyil, Bakinhempşir, Hartfordşir və Esseks qraflığına da xidmət edir. 2012-2013-cü illərdə burada 270 stansiya var idi.

Stokholm, İsveç ‒ gediş haqqı 4.52 dollar

Stokholmda əhalinin sayı 800 min insandır və bu ölkənin bütün sakinlərinin 22%-ni təşkil edir. İnkişaf etmiş nəqliyyat sisteminə metro, şəhərətrafı relsli nəqliyyat, tramvay, avtobus və s.lər daxildir. Stokholm metrosu mütəmadi olaraq dünyanın ən möhtəşəm metroları siyahısına daxil edilir.

Zürih, İsveçrə ‒ gediş haqqı 4.66 dollar

İsveçrənin ən böyük şəhərində əhalinin sayı təqribən iki milyona yaxındır. Şəhərin nəqliyyat sistemi S-Bahn, tramvay, avtobus və elektrik qatarlarından ibarətdir. Bundan əlavə burada çay nəqliyyatı və funiklyor da var. Əhalinin təqribən 70%-i dəmir yolu və avtobusdan istifadə edir.

Kopenhagen, Danimarka  ‒ gediş haqqı 4.88 dollar

Kopenhagenin nəqliyyat sistemi öz təşkilatçılığı baxımından bütün Avropanın diqqətini çəkir. Sistem dəmiryolu xətti, şəhərətrafı qatar, metro, avtobus və çay nəqliyyatından ibarətdir.

Oslo, Norveç ‒ gediş haqqı 5.12 dollar

Oslo ən yüksək gediş haqqına sahibdir. 6 metro xətti, 6 tramvay xətti, 8 elektrik qatarı xətti şəhər əhalisinin həyatını bütünlüklə təmin etməyə kifayət edir.

Son xəbərlər
Digər xəbərlər