9 C
Baku
Friday, December 13, 2024

Muxtar Respublikada indiyədək 3600-dən çox yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən  bildirilib ki, cari il avqustun 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3678 ədəd olub. Yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.

İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin yanvar-iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər