MyGov sisteminin ilkin təqdimatı keçirilib

  •  
  •  
  •  
  •  

VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

 Toplantıda eGov Mərkəzinin hazırladığı myGov sisteminin ilkin təqdimatı olub. Mərkəzin məsul şəxsləri myGov sistemini təqdim edərək bu istiqamətdə görülən işlər, sistemin hazırkı vəziyyəti və perspektivdə nəzərdə tutulanlarla bağlı məlumatlar veriblər. MyGov sistemi Elektron Hökumət Portalına daxil olan vətəndaş üçün Şəxsi Kabinetin yaradılmasını və vətəndaşa məxsus olan məlumat və xidmətlərin bu kabinetə inteqrasiyasını nəzərdə tutur. Hazırda sistemdə vətəndaşın FİN koduna uyğun olaraq onunla əlaqəli müxtəlif dövlət qurumunda olan bir xeyli bildirişlər, məlumatlar və digər vacib informasiyalar yerləşdirilib.

Vətəndaşla bağlı digər dövlət qurumlarında olan məlumatların bu sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir. İctimai Şura üzvləri bildiriblər ki myGov elektron hökumət quruculuğuna çox müsbət təsir edəcək, elektron xidmətlərin populyarlığı və faydalılığı xeyli artacaq. İctimai Şura üzvləri myGov-la bağlı təklif və rəylərini də çatdırıblar. MyGov sisteminin yaxın zamanlarda geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulub.


ŞƏRHLƏR


  •  
  •  
  •  
  •