“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Banker.az xəbər verir ki, Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilib.
Heybət Qədirov hazırda “Unibank KB” ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır.
O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.
Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC).







