17 C
Baku
Monday, May 20, 2024

Nə qədər xarici borcumuz var? HESABAT

Azərbaycanın xarici dövlət borcu 6,478.2 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil edib.

Maliyyə Nazirliyindən  verilən məlumata görə, borc vəsaitlərinin 7.3%-i 10 ilə qədər, 60.2%-i 10 ildən 20 ilə qədər, 32.5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi belə olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 9.9 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 64.8 faiz, avro – 21.4 faiz, yapon yeni – 2.1 faiz, İslam dinarı – 0.7 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər