26 C
Baku
Saturday, July 27, 2024

Nəyə görə ailədə pulları kişi idarə etməlidir?

Ola bilsin ki, bir çox evdar qadınlar buna etiraz etməyə başlayacaqlar, lakin yenə də kişilərin pullarla olan “dialoqu” daha yaxşı qurulur! Planetin ən varlı insanların əksəriyyətinin də kişi cinsinə məxsus olması təsadüfi hal deyil. Bir çox psixoloqlar belə hesab edirlər ki, “ailə”-nin başçısı kişi olmalıdır. Bu maliyyə məsələlərinə də aiddir. Pulları idarə etmək – onları yalnızca xərcləmək mənasına gəlmir. Əsas olaraq qadınlar yalnızca ailənin gəlirini düzgün şəkildə paylamağın qayğısına qalır və “passiv gəlir” məsələsi barədə isə düşünmürlər.

Bu planda kişilər qadınlar ilə müqayisədə daha öncəgörəndir. Statistikaya əsasən, kişilərin qənaət etmək və kənara pul qoymağı planlaşdırdığı halda, qadınların əksəriyyəti bədxərcdirlər. Belə ki, qadınlar kiçik alış-verişlərə pul xərclədiyi halda, kiçilər pullarının əksəriyyətini daha böyük alış-verişlər üçün saxlayırlar. Kişilər bu baxımdan daha praktikdirlər. Onlar üçün alış-veriş sırf fayda xarakteri daşıyır. Qadınlarda isə bu özündə məmnunluq amilini daşıyır.

Kişilər gələcək üçün bir kənara pul qoymağa üstünlük verir, qadınlar isə “passiv gəlir” haqqında düşünmürlər.

Son xəbərlər
Digər xəbərlər