20 C
Baku
Thursday, May 30, 2024

Nəyə görə varlı insanlar məhz brilyantlara pul yatırır?

Hazırda bütün dünyanın valyutası, qızıl və daşınmaz əmlak bazarı müxtəlif dəyişikliklərə məruz qalsa da, brilyantlar öz sahiblərinin əmanətlərini sakit və sabit şəkildə qorumağa davam edirlər.

Brilyantlar demək olar ki, ucuzlaşmır, onlara zərər yetirmək mümkün deyil və bütün bunlarla yanaşı çəkiləri də o qədər də ağır deyil. Və həmçinin onları dünyanın istənilən nöqtəsində satmaq mümkündür. Brilyantlar istənilən valyutadan sərfəli, istənilən qızıldan etibarlı və istənilən daşınmaz əmlak nümunəsindən rahatdır.

Əbəs yerə dünyanın bütün varlı insanları bu parlaq daşlara istənilən məbləğ ödəməyə hazırdırlar. Belə ki, honq konqlu milyarder Cozej Lau 2009-cu ildə 9,48 milyon dollara mavi brilyant əldə etdi. 2010-cu ildə isə Lourens Qraff 25 karatlıq çəhrayı brilyant üçün 46 milyon dollar ödəmişdi. Belə nümunələr minlərlədir.

Brilyantlara pul yatırmaq dünyada yeganə bir investisiya növüdür ki, gələcək üçün əminlik yaratmaqla yanaşı, gündəlik həyatda da estetik məmnunluq yaradır.

Qeyd edək ki, brilyantların dəyəri onların sahib olduğu 4 vacib parametrlə müəyyən edilir. Bu qiymətli daşın karatı, rəngi, şəffaflığı və kəsimi. Qərbdə bu qiymətləndirmə sistemini 4C (carat,

Mütəxəssislər brilyantların şəffalığına nisbətən diqqətlə yanaşırlar. Ekspertlər lupa və mikroskop vasitəsilə qiymətli daşın daxili defektlərinin olub-olmadığını araşdırırlar. Brilyantların kəsim formasına gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda satışa buraxılan brilyantların 90%-i dəyirmi kəsim formasına malikdirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər