1 C
Baku
Saturday, December 14, 2024

Nəcməddin Sadıqovun general bacısı oğlu işdən çıxarıldı

  • Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

“Banker.az”ın unikal.org-un əldə etdiyi məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ramil Əsgərov Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıqovun bacısı oğludur. O, general-mayor rütbəsini bu ilin iyununda almışdı.

N.Sadıqovun özünün isə II Qarabağ müharibəsinin ilk günlərində vəzifəsindən azad olunduğu bildirilir. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, onun Müdafiə Nazirliyinin rəsmi saytındakı adı da çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər