6 C
Baku
Sunday, December 15, 2024

Nəhəng bank ödəniş prosessinqinə süni intellekt tətbiq edəcək

Banker.az xəbr verir ki, Amerikanın nəhəng Bank of America bankı süni intellekt sayəsində işini optimallaşdırmaq məqsədilə High radius maliyyə texnologiyası startapı ilə əməkdaşlıq edir.

Partnyorlar tərəfindən hazırlanmış tətbiqetmə böyük həcmdə göndərilən vəsait ilə işləyən, alıcı haqqında məlumatı olmayan nəhəng və yüksək mərhələli şirkətlər üçün nəzərdə tutulub.

High radius proqram təminatı ödəniş edən tərəfin avtomatik identifikasiyası yolu ilə ödənişləri istiqamətləndirməyə imkan verir və sözügedən bu tətbiqetmə alıcı haqqında ayrı şəkildə göndərilə bilən məlumatları təyin edir. Bu məlumatlardan ödənişin dəqiqliyini təyin etmək və  daha sonradan məlumatı ERP-sistemə yükləmək üçün istifadə olunur.

Yeni tətbiqetmə hələ ki, yalnızca ABŞ və Kanada da əlçatandır. Lakin bu il ərzində digər ölkələrdə də işə salınacaq.

Son xəbərlər
Digər xəbərlər