1 C
Baku
Saturday, December 14, 2024

Nəhəng şirkətlər təcrübəçiyə nə qədər maaş ödəyirlər? – Siyahı

Çoxları üçün təcrübə proqramı minimum əmək haqqı qarşılığında ofisdəki sadə işlər mənasına gəlir, lakin Amazon, Meta, Google və Uber kimi şirkətlərdə bu, dəyişir. Bu şirkətlərdə təcrübə keçənlərin maaşı $7-10 min dollar arasında dəyişir.

2017-ci ildən bəri ən yüksək ödənişli stajları izləyən Glasdoor, təcrübəçilərin maaşlarının hər il artdığını açıqlayıb. Bununla belə, bu yüksək maaşlar pandemiya başlayandan bəri işçi qüvvəsinin necə dəyişdiyinin daha bir əlaməti kimi şərh olunur. Son zamanlarda rəqəmlər göstərir ki, şirkətlər hətta karyeralarının erkən mərhələsində olsalar belə, bacarıqlı şəxsləri mümkün qədər tez işə götürməyə həmişəkindən daha çox can atırlar.

Glassdoor-da təcrübəçilik anketi üzərində işləyən iqtisadçı alim Lauren Thomas qeyd edib ki, bəzi təcrübəçilərin adi bir işçinin bir ildə aldığından daha çox maaş almasının bir çox səbəbi var: “Ayda $8 000 qazanan bir texnologiya və ya maliyyə şirkətində təcrübə keçən, çox güman ki, eyni şirkətdəki başlanğıc maaşından çox da uzaq olmayan maaş alır. Əslində şirkətlərin onlara bu qədər pul verməsinin səbəbi təcrübəçiləri orada qalmağa razı salmaqdır. Bir çox şirkətlər bu təcrübə proqramlarından bir boru kəməri kimi istifadə edir və bu təcrübəçiləri tam ştat işə qəbul edəcəklər. İşəgötürənlər üçün tarixi sıx iş bazarında olduğumuz üçün işçilərin normaldan daha çox seçimə malik olduğu bir dövrdəyik. Bu, xüsusilə də pandemiya dövründə belədir. Bu seçimlər təcrübəçiləri də əhatə edir. Çünki bir çox şirkət onları işçi qüvvəsini əhatə edən istedadlar müharibəsinin ortasında saxlamaq istəyir”.

Banker.az dünyanın 25 nəhəng şirkətində təcrübəçilərə ödənilən ortalama maaş siyahısını təqdim edir:

staj

 

 

Son xəbərlər
Digər xəbərlər