23 C
Baku
Friday, April 26, 2024

Nənədən ən yaxşı investisiya məsləhətləri

Məşhur maliyyə blogeri və məsləhətçi Li Maderson investisiya haqqında ən yaxşı məsləhətləri universitetdən və maliyyə şirkətindən deyil, ömrü boyu uşaq bağçasında tərbiyyəçi işləyən nənəsindən alıb.

«Babam vəfat etdikdən sonra nənəm əhəmiyyətli məbləğdə pul alır və 65 yaşında o, investor olmaq qərarına gəlir. Öz həyat təcrübəsi və ağlından yararlanaraq o, bazarın əsas qanunlarını asanlıqla mənimsəyir və məharətlə vəsaitləri yatırırdı. Uşaq yaşlarında mən tez-tez nənəmin yanına Floridaya gəlirdim. O, maliyyə sahəsində öz müdrikliyini mənə oyunlar, əhvalatlar vasitəsilə ötürürdü. Mənim nənəmdən aldığım beş əsas investisiya məsləhətləri bunlardır», – deyə Manderson Forbesdə yazır.

Birinci dərs. Öncədən təhlil aparın.

Maderson tez-tez nənəsi ilə supermarketə gedirdi. Həftə ərzində nənə siyahı tuturdu, kuponları yığırdı, müxtəlif supermarketlərdə qiymətləri müqayisə edirdi, həmçinin bütün kampaniyaları diqqətlə izləyirdi. Bir dəfə mağazaya getdikdən sonra o mənə belə dedi: «Alış-verişə getməmişdən əvvəl və yaxud investisiya etməmişdən əvvəl, sən nə aldığını yaxşı bilməlisən və bu aldığının ən yaxşı qiymətə olduğundan əmin olmalısan».

«Mənim nənəm öz ilk dollarını investisiya etməmişdən əvvəl o, bir neçə ay ərzində investisiya kitablarını öyrənirdi, fond bazarını və Uoll-stritdən olan xəbərləri diqqətlə izləyirdi. Nəticədə, dividendlərin təkrar investisiya proqramına asaslanan kapitallaşmanın yüksək səviyyədə olan bir şirkətdən səhm aldı. İyirmi il ərzində bu səhmin dəyəri dəfələrlə artmışdı»,- deyə bloger qeyd edir.

İkinci dərs. Sərvətinizi bərabər şəkildə bölüşdürün

Bir dəfə nənəm onun investisiyalarından birinin çox gəlirli olduğunu dedi.

O zaman Maderson ondan soruşdu: «Bəs onda niyə bütün pullarını bu şirkətə yatırmırsan?»

«Necə hesab edirsən, hər gün qızardılmış ət yemək xeyirli olardımı?,- deyə nənəsi cavab verir.- Sağlamlıq üçün müxtəlif qidalar qəbul etməyin vacib olduğu kimi, sənin portfelin üçün də müxtəlif investisiyalara sahib olmaq yaxşıdır».

Onun sözlərinə görə, portfeldə iqtisadiyyatın müxtəlif sektorlarında müxtəlif risk dərəcələri ilə investisiyalar olmalıdır.

Üçüncü dərs. Səbirli olun

Hər yay mən təxminən bir həftəni nənəmin yanında keçirdirdim. Yağışlı bir gündə biz pəncərənin qarşısında oturmuşduq və dənizə baxırdıq. Onda o, birdən mənə dedi: “Həyatda, dostluqda və maliyyədə bəzən xoş olmayan günlər yaşayırıq, lakin onlardan qorxmaq lazım deyil. Gec ya tez buludların arasında günəşin çıxacağına və hər şeyin yaxşı olacağına inanmaq lazımdır”.

Nənəm investisiyalarda əhəmiyyətli olan səbirdən danışırdı. Bazarın düşməsinə və qalxmasına soyuqqanlı yanaşan insan daim mükafatlanacaq. Yüksək dividendlər verən səhmlərə investisiya edərək mənim nənəm bir il ərzində ən yüksək və ən aşağı qiymətlərin şahidi olmuşdur. Lakin 25 il ərzində o, heç nəyi satmamışdı və səbirli şəkildə onlara inanırdı. O zamandan etibarən fond bazarı orta hesablama ilə 8% artıb.

Dördüncü dərs. Azdan başlayın

Madersonun nənəsi ev bitkiləri becərməyi sevirdi. O, bitkilərə qulluq etməyi, onları daim sulamağı və onlardan zövq almağı sevirdi.

«Mənə elə gəlir ki, onun investisiya fəlsəfəsi bağçılığa bənzəyir. O, bir neçə il əvvəl investisiya dəyəri 50- 100$ olan balaca «toxumlar» əkdi və onların becərməsini diqqətlə və səbirlə izləyirdi. Bugünkü gündə o, öz əməyinin mükafatını alır. Bir çox insanlar qocalıqları üçün ayda min dollar ayırmağın mütləq oldduğunu düçünürlər və $50 – $100 məbləğinin çox az olduğunu hesab edirlər. Lakin mənim nənəmin gülləri balaca toxumlardan becərdiyi və böyük nəticə əldə etdiyi kimi. Siz də azdan başlamalısınız»,- deyə mütəxəssis bəyan edir.

Beşinci dərs. Başlamaq heç vaxt gec deyil

«Mənim nənəmin heç vaxt pula ehtiyacı olmayıb. Onun yaxşı təqaüdü var idi və borcları da yox idi. Lakin buna baxmayaraq, o, heç vaxt təqaüdlə yaşamağı istəmirdi. 65 yaşında ilk səhmləri alaraq o, bu investisiyaların onun çətin vəziyyətdə köməyinə çatacağına inanırdı. Həmçinin nənəm heç bir zaman onun yaşında investisiya ilə məşğul olmağın gec olduğunu düşünmürdü. O, hər şeydən özünün baş çıxardacağına və maliyyə cəhətdən azad insan olacağına inanırdı».

Öz maliyyənizi nəzarət altına götürmək, investisiya etmək və daha varlı olmaq heç vaxt gec deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər