1994-cü ildə McDonald`s şirkəti müştərinin üzərinə tökdüyü qaynar qəhvəyə görə 640 min dollar ərimə ödəmişdir.
1992-ci ildə Stella Libek adlı yaşlı amerikalı bir qadın McDonald`s restoranlar şəbəkəsindən 1 stəkan qəhvə alır. Qadın aldığı qəhvəni dizləri arasında sıxaraq qapağını açmağa çalışır. Bu zaman stəkan aşır və qadın 3-cü dərəcəli yanıq xəsarəti alır. Məhkəmə məşhur restoranlar şəbəkəsini təqribən 3 milyon dollar cərimə ödəməyə məhkum edir. Lakin bir sıra etirazlardan sonra cərimə məbləği 640 min dollara qaldırılır.
Bir çoxları bu hadisəni tragikomik, cəriməni isə ağılasığmaz dərəcədə çox adlandırırlar. Bu isə başa düşülən haldır. Qəhvə stəkanı ilə baş vermiş qəzaya görə 640 min dollar…
Əslində isə fiziki şəxslərin nəhəng şirkətlər qarşısında olduğu məhkəmələrdə iri həcmli cərimələrin təyin edilməsində iqtisadi məna var. Belə ki, şirkəti ayrılıqda bir müştəri üçün nəzərdə tutulmuş həcmdə cəzalandırdıqda, şirkətin həmin xoşagəlməzlik səbəbini uzaqlaşdırması üçün heç bir stimul olmayacaq. Cəriməni ödəmək kifayət qədər ucuz başa gələcək. Nəhəng şirkətə narazılıq və narahatlıq səbəbini aradan qaldırmasına görə (məsələn, sətkanın üzərində xəbərdarlıq qeydi və yaxud təqdim edilən qəhvənin istiliyinə nəzarət) təkan vermək üçün cərimə həcmi məhsulun dəyərindən qat-qat baha olmalıdır.
Buna görə də, şirkət nə qədər böyük olarsa, ona bir o qədər iri həcmdə cərimə tətbiq edilməsinə çalışılır.