Braziliya federal həbsxanalarında kitab oxumağı təbliğ edən üsul işlədilir. Düstağın oxuduğu hər bir kitab onun həbs cəzasını 4 gün azaldır, lakin 48 gündən çox olmamaq şərti ilə. Kitab oxuduqlarını sübut etmək üçün isə düstağlıq oxuduqları materiala əsasən inşa yazırlar.
Braziliyada digər təşəbbüslər də mövcuddur. Məsələn, Santa- Rita- du- Sapukaidə bələdiyyənin həbsxanasında sabit cihazlara qoşulmuş velotrenajorlar quraşdırılıb. Düstağların işlərindən əldə edilmiş elektrik enerjisi küçə fənərlərin işıqlandırması üşün istifadə edilir. Hər 16 saat çalışmalara görə düstağın həbs cəzasından 1 gün azaldılır.