Sakit vəziyyətdə orqanizm bacardığı qədər az enerji sərf etməyə çalışır. Buna görə də insan cəld hərəkətə keçdiyi zaman, qaçmağa başladığı an ilk dəqiqələrdə əzələlərdə enerji və oksigen çatışmır. Beləliklə, əzələlərdə anaerob maddələr mübadiləsi işə düşür və bu zaman enerji oksigen olmadan yaradılır. Bir müddət sonra orqanizm artan tələbatlara uyğunlaşır və aerob-u, daha doğrusu oksigen tərkibli maddələr mübadiləsini işə salır.
Mərkəzi sinir sistemi də həmçinin bədənin işini bərpa edir – gərginləşmiş əzələlərdə qan dövranı artır və gərginlik azalmağa başlayır. Əks istiqamətə hərəkətə səbəb olan antagonist əzələlərin fəallığı isə azalır.