-1 C
Baku
Sunday, December 15, 2024

Nəyə görə mamontlar məhv olublar?

Mamontlar bizim planetimizin tarixində ən böyük məməli heyvan olub. Mamontlar əsasən Avrasiya ərazisində, Britaniyadan Çukotkaya qədər və Şimali Amerikanın şimal-qərbində yaşayırdılar. Bugünkü günə qədər alimlər yerin altında bu heyvanların qalıqlarını tapırlar.

Əfsuslar olsun ki, mamontlar dinozavrlar və flora və faunanın digər təmsilçiləri kimi məhv olublar. Bu heyvanların məhv olma səbəbləri haqqında alimlər bugünkü günə qədər mübahisə edirlər. Ən az ehtimallı nəzəriyyələr belə nəzərə alınır.

Nəzəriyyələrin birində Yer üzünə meteoritlərin düşməsi nəticəsində və dəhşətli partlayış nəticəsində mamontların məhv olunduğu deyilir.

Digər nəzəriyyəyə əsasən mamontlar Yerin qütblərinin dəyişməsi nəticəsində yox olublar.
Lakin alimlərin özü bu nəzəriyyələrin az ehtimal daşıdığını qəbul edirlər.

«Mamontların məzarlığının», onların sümüklərinin, xortumlarının, mədələrinin tərkiblərinin tədqiqatları mamontların tədricən, bir neçə minillik ərzində məhv olduğunu göstərirlər. Onlar dəyişən iqlim şəraitinə və yaşayış mühitinə öyrəşə bilməmişdilər.

Genetik alimlərin fikrinə görə, mamontların məhv olmalarının səbəbi mamontların genetik müxtəlifliyinin itirilməsindədir. İqlimin isinməsi landşaftın bataqlığa çevrilməsinə və mamontların qidalandığı bitkilərin yox olmalarına səbəb olmuşdu. Qida məlumatlarının çatışmazlığı mamontlara və onların çoxalmasına öz təsirini göstərmişdi. Rütubətli iqlim Soyuq tundra çöllərinin sakinlərinə uyğun deyildi.

36 min il ərzində mamontlara yararlı ərazilərin sayı 90% azalır. Son mamontlar 3 min əvvəl məhv olmuşlar.

Digər bir fərziyyəyə əsasən, mamontları ibtidai dövrün ovçuları öldürüblər. Lakin alimlər bu fərziyyəni qəbul etmirlər. İbtidai insan çox saylı heyvanları öldürə və bütün bir heyvan növünün yox olmasına səbəb ola bilməzdi. Amma ovçular mamontların məhv olması prosesinə kömək etmişdilər.

Alimlərin hesabına görə, mamontların populyasiyasını məhv etmək üçün bir insanın üç ildə bir mamontu öldürməsi kifayət idi.

Son xəbərlər
Digər xəbərlər