8 C
Baku
Thursday, March 28, 2024

Nəzarət-kassa aparatının çeklərində hansı məlumatlar əks olunmalıdır?

Nəzarət-kassa aparatının (NKA) çeklərində hansı məlumatlar əks olunmalıdır?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, NKA-nın çeklərində aşağıdakı məlumatlar olmalıdır:

– vergi ödəyicisinin adı
– VÖEN-i
– çekin vurulmasının tarixi və saatı
– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan
– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği)
– gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi
– NKA-nın markası və zavod nömrəsi
– NKA-nın fiskal rejiminin nişanı (əlaməti)
– malın sürətli məlumat kodu (Quick Response Code)
– ödənilmiş məbləğ
– müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə)
– nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc)
– ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr)
– çekin növü (satış, geri qaytarma və ya ləğvetmə)
– nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
– geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Qeyd: NKA-dan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması zamanı sadalanan tələblərə cavab verməyən NKA çeki təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.8-ci və 58.7-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər