17 C
Baku
Tuesday, May 21, 2024

Nadir dollar kupyuraları

Bu gün ABŞ-dan kənarda dövriyyədə olmayan banknotlar haqqında danışacağıq, onlardan bəziləri heç amerikanların əllərinə belə düşmür. Söhbət ölkədən çıxarılmayan nominal dəyəri $500, $1000, $5000, $10000 и $100000 olan kupyuralardan gedir. Onlar daha çap olunmur və köhnəldikcə dövriyyədən çıxarılır.

Nominal dəyəri $500 olan banknotlarda amerikanın 25-ci prezidenti Uilyam Makkinlinin portreti təsvir olunub. Onun dövləti aktiv idarə etməsi nəticəsində ABŞ dünyəvi və kolonial dövlətə çevrildi. 1901-ci ildə Makkinli anarxist L.Çolqoş tərəfindən hazırlanmış sui-qəsd nəticəsində öldürülmüşdü.

1918-ci ilin buraxılışı

dol1
1928 və 1934-cü illərin buraxılışı

dol2

$1000 əsginasın üzərində Qrover Klivlend (1837-1908) təsvir olunub. O , iki dəfə ABŞ prezidenti seçilib: 1885–1889 və 1893–1897-ci illər

1918-ci ilin buraxılışı

dol3

1928-ci ilin buraxılışı

dol4

“Amerika konstitusiyasının atası” Ceyms Medison (1750–1836) Ceferson hökumətinin dövlət katibi və ABŞ-ın 4-cü prezidenti olmuşdur (1809-1817). Onu portreti $5000 əsginasın üzərindədir.

1918-ci ilin buraxılışı

dol55
$10000 nominal dəyəri olan kupyuralarda Semuel Çeyz (1741–1811) təsvir olunub. Bu siyasətçi prezident Linkolnun yanında maliyyə naziri vəzifəsində çalışırdı və ABŞ-ın Ali məhkəməsinin sədri (1796-1811) olub. O, Müstəqillik Deklarasiyasını imzalayanlardan biri olub.

1918-ci ilin buraxılışı

dol%206
1928 və 1934-cü illərin buraxılışı

dol7
Ən böyük nominal dəyərli kupyura $100000 əsginaslardır. Hərçənd ki, ona heç kupyura da demək olmaz. Çünki o, istisna hal kimi yalnız federal ehtiyat bankının strukturları arasında hesablaşmaların dollarla aparılması üçün istifadə olunan qızıl sertifikatı rolunu oynayırdı. Sertifikatda ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun (1913–1921) portreti təsvir olunub, o Versal sülh sazişi və Millətlər Liqası nizamnaməsinin yaradıcılarından biri hesab olunur.

1919-cu ildə Vilson Nobel mükafatına layiq görülmüşdü. Qızıl sertifikatının mövcud olduğu dövrdə 4200-ə yaxın şəhadətnamə buraxılmışdı. Hazırda belə banknotların sayı iyirmidən çox deyil və onları əldə etmək demək olar ki, mümkün deyil.

1934-cü ilin buraxılışı

dol8

Son xəbərlər
 ⁠
Digər xəbərlər